Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus RC yeni turbo mühərrik alıb

“Lexus” şirkəti təkmilləşdirilmiş modifikasiyalı idman kupesi “Lexus RC” təqdim edib. “200T” adlı versiya yeni 2,0-litrlik 4-silindrli benzin turbo mühərrik alıb. O, 241 a.g. və 349 Nm fırlanma anına malikdir. Mühərrik 8-pıilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Həmçinin “300 AWD” modifikasiyasını da almaq olar. Bu versiya 3,5-litrlik V6 benzin mühərriki ilə təchiz edilir. O, 255 a.g. və 319 Nm fırlanma anı verir. Mühərrik 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Sportkarın xarici görünüşü demək olar ki, dəyişməyib. Avtomobil yeni “Eminent White Pearl” rəngi, narıncı əyləc supportları və özü bloklanan diferensial alıb. Modeli, həmçinin “Lexus Enform Service Connect” sistemi ilə təchiz ediblər. Bu sistem vasitəsilə alıcılar mobil “MyLexusandBeyond” proqramı ilə avtomobil barədə məlumat alacaqlar.

AUTO.AZ



teqlər:
Lexus, Lexus RC 08.10.2015

Şərhlər


AD