Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Renault yeni Megane təqdim etdi

“Renault” şirkəti Frankfurt avtosalonunda yeni nəsil “Megane” təqdim edib. O, dinamik üslubu və C-seqmentində olan rəqibləri ilə müqayisədə daha bahalı texnologiyalarla seçiləcək. Bunların sırasına  (GT versiyasında) tam idarə olunan şassi “4Control”-un işini tənzimləyən ekrandan idarə edilən “Multi-Sense”, uyğunlaşdırılan amortizatorlar, sükan idarəçiliyi, mühərrik, sürət qutusu, o cümlədən qabaq şüşədə rəngli displey,8,7-düymlük vertikal ekranı olan “R-Link” sistemi və sürücüyə yardım edən bir sıra sistemlər daxildir. Bu barədə “Renault”-un mətbuat xidməti xəbər verib.

“Renault Sport”-un ekspertləri ilə birgə hazırlanan eksklüziv versiya “Megane GT”-ni satışa çıxarılan kimi əldə etmək olar. “Megane GT” C-seqmentində tam idarəolunan şassi “4Controla”-a malik asma alıb. Asma “Renault Sport”-un mühəndisləri tərəfindən tənzimlənib. “GT” versiyası “Renault Sport”-dan əldə etdiyi dizayn ilə seçiləcək. Yeni “Megane GT” Energy TCe 205 mühərrikinə, 7-pilləli avtomatik sürət qutusuna və ikili mufta “EDC”-ə malikdir. Dizel “Energy dCi 165” mühərriki və 6-pilləli sürət qutusu olan avtomobil isə 2016-cı ilə GT mühərrikləri sırasını tamamlayacaq.

“Megane”-ın əsas dizel mühərriki “Energy dCi 110” olacaq. O, 6-pilləli mexaniki sürət qutusu ilə birgə işləyəcək. Bu versiyada karbon tullantısı 86 q/km-ə (100 km-ə 3.3 litr sərfiyyat) bərabərdir və ECO2 standartlarına cavab verir.

2017-ci ildə mühərriklərin sırasına hibrid “Hybrid Assist” də daxil ediləcək.

AUTO.AZ



teqlər:
Renault, Renault Megane 07.10.2015

Şərhlər


AD