Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Tesla elektrokrossover təqdim etdi

Nəhayət “Tesla”-nın krossoveri barədə vədlərə, söhbətlərə və şayiələrə son qoyuldu. Şirkət Kaliforniyada keçirilən xüsusi tədbirdə yeni “Model X” versiyasının sirrini rəsmi açdı. Gəlin, tanış olaq.

İcazənizlə, dizayna çox da toxunmayaq. Burada elə bir sürpriz yoxdur. Seriyalı variant prototipdən elə də fərqlənmir. Bir çox cəhətlərinə görə “Model S”-ə bənzəyir. Məsələn, optika tam diodludur.

Hələlik deyə bilmərik ki, “Model X” idarəçiliyi ilə lovğalana bilər. Lakin dinamikaya söz yoxdur. Baza variantında 259-güclü iki ədəd elektrik mühərriki olan krossover yerindən 96 km/saata 4,8 saniyəyə sürətlənir. Tam dolu enerji ilə o, 414 km məsafə qət edə bilər.

Daha ciddi “P90D” variantı 259- və 503-güclü mühərriklər alıb, yerindən 96 km/saata 3,8 və ya “Ludicrous Speed” rejimində 3,2 saniyəyə sürətlənir. Artıq anladınız, hər iki versiyada ötürücü tamdır. Yeni “Tesla”-nı artıq sifariş etmək olar. Düzdür qiymət hələ bilinmir. Avtomobillərin ilk çatdırılması 2016-cı ilə planlaşdırılır.

AUTO.AZ



teqlər:
Tesla, Tesla Model X 06.10.2015

Şərhlər


AD