Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Mercedes S63 AMG Black Edition

Almaniyanın “Mansory” şirkəti, demək olar ki, Frankfurt avtosalonunun ən fəal iştirakçılarından biridir. Əsas məsələ odur ki, “Mansory”-nin təqdim etdiyi avtomobillərin çoxu xüsusi diqqətə layiqdir. Məsələn, qardaşı – “S63 AMG Coupe” ilə birgə sərgilənən “Mercedes-Benz S63 AMG Black Edition”. Avtomobillər xarici görünüşlərində bəzi xırdalıqlar ilə fərqlənirlər. Digər cəhətlərlə isə onlar “Mansory”-nin “Black Edition” etiketli gözəl oxşar sənət əsərləridir.

Xarici görünüşdən əvvəl, “Mansory” 5,5-litrlik 8-silindrli mühərrik üzərində işləyib. Alman avtomobil ustaları yeni şatunlar, vtulkalar, dirsəkli valın podşipnikləri, yeni kompressor sistemi və turbo sıxıcı kompressorlar sayəsində avtomobilin göstəricilərini yaxşılaşdırıblar. Nəticədə “S63 AMG Black Edition”-nın ümumi gücü 1000 a.g.-ə, fırlanma anı isə dəqiqədə 1500 və 3500 dövr ilə 1400 Nm-ə çatıb. Bununla kosmik rəqəmlər bitmir: yüzlüyə “Mansory”-nin “əjdahası” 3,2 saniyəyə sürətlənir, maksimal sürət isə 300 km/saatdır.

Hətta bu kapotun altında nəyin olduğunu bilmədən də bu avtomobilə baxmaqla dərhal anlamaq olar ki, bu, standart superkar deyil. “S63 AMG” yeni korpus detalları da alıb: arxa diffuzor, qabaq bamper, spoyler, enli yan ətəklər – bunlar hamısı əl ilə işlənilib.

AUTO.AZ



Şərhlər


AD