Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley yeni kabriolet istehsal edəcək

“Bentley” şirkəti gələn ilin payızında Los Ancels avtosalonunda yeni kabriolet “Mulsanne Grand Convertible”-ı təqdim edəcək. Bu barədə “Automobile” nəşriyyatı xəbər verir. Avtomobil 2017-ci ilin əvvəllərində satışa çıxarılacaq.

“Bentley” markasının rəhbəri Volfqanq Dürhaymerin sözlərinə görə, şirkət üçün əhəmiyyətli olan bəzi müştərilər bu avtomobili çox gözləyirlər. Bundan əlavə, bəzi dilerlər artıq avtomobil üçün sifarişlər qəbul edirlər. Yeniliyin texniki hissəsi barədə məlumat yoxdur.

Xatırladaq ki, ötən ilin noyabrında göstərilmiş prototip “Grand Convertible” 6,75-litrlik 537 a.g. və maksimal olaraq 1100 Nm fırlanma anı verən V8 tvin-turbo mühərriki ilə təchiz edilirdi. O, 8-pilləli sürət qutusu ilə birgə işləyirdi və modelə 100 km/saata 4,9 saniyəyə sürətlənməyə imkan verirdi.

Dürhaymerin sözlərinə görə, adi versiya “Mulsanne” da tezliklə dəyişikliyə məruz qalacaq. Flaqman sedanı digər modellərə nisbətən pis satılır və “Bentley”-də etiraf edirlər ki, artıq dəyişikliyin vaxtıdır.

AUTO.AZ



Şərhlər


AD