Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mazda konseptual krossoverini göstərib

Yaponiyanın avtomobil istehsalçısı “Koeru” adlı yeni konseptual krossoverinin sirrini rəsmi olaraq açdı. “Koeru” yapon dilində “çərçivədən çıxan” və ya “stereotipləri sındıran” deməkdir. Ola bilsin ki, “Mazda” başa salmağa çalışır ki, o, bazarda brend üçün yeni, qeyri-adi seqment hazırlayır.

Konseptin dizaynı “Kodo” üslubunda hazırlanıb. Qısa dayaqlarda enli siluet 21-düymlük təkər diskləri üzərində dayanır. İstehsalçının fikrincə, konseptin xarici görünüşü avtomobilin tam dinamik olduğundan və güclü mühərrik və idman asması sayəsində drayverlər üçün nəzərdə tutulmasından xəbər verməlidir.

Düzdür, istehsalçı krossoverin konkret göstəriciləri barədə məlumat vermir. Yalnız o məlumdur ki, konseptin kapotu altında “SkyActiv” ailəsindən olan mühərrik dayanır. İnteryer barədə də məlumat gizli saxlanılır.

AUTO.AZ



teqlər:
Mazda, Mazda Koeru 29.09.2015

Şərhlər


AD