Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes-Benz G500 4x4

“Brabus” şirkəti Frankfurt avtosalonunda “Mercedes-Benz G 500 4x4²” variantını təqdim edəcək. Alman emalatxanası yolsuzluq avtomobilini əlavə güc və fırlanma anı ilə təchiz edib, lakin xarici görünüş və interyer barədə də düşünüb. 7-pilləli avtomat sürət qutusu ilə birgə işləyən 4-litrlik V8 mühərriki əlavə 78 a.g. və 100 Nm fırlanma anı alıb. Bu da 3 tonluq yolsuzluq avtomobilini daha cəld edib.

“Brabus”-dan “B40 - 500 PowerXtra” adlandılıran təkmilləşdirmə dəstinə bir sıra yeni elementlər daxildir: təzyiqin elektron nəzarəti, yanacaq sıçratma və yandırma sisteminin yenilənməsi. Bütün işlərdən sonra avtomobil 493 a.g. və dəqiqədə 2250/4250 dövr ilə 710 Nm fırlanma anına malik olub. Mühərrik ağır çəkili yolsuzluq avtomobilini 100 km/saata 6,9 saniyəyə sürətləndirir. “G500”-ün maksimal sürəti isə 210 km/saatdır.

“Brabus” “G 500 4x4²”-nin xarici görünüşünə yeni qabaq bamper, güzgü kimi parlayan radiator barmaqlığı, qabaqda əlavə panel, kapotda çalov, yeni arxa bamper və yeni işıqlandırma sistemi əlavə edib. İndi yolsuzluq avtomobilinin interyeri lüks sedanın salonunu xatırladır: oturacaqlar təbii dəri ilə işlənib, panellər isə alkantara və karbon alıb.

AUTO.AZ



Şərhlər


AD