Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Audi yeni S4 təqdim etdi

Yayda yeni nəsil “A4”ü göstərən “Audi” Frankfurt avtosalonunda onun yüklənmiş “S” versiyasını təqdim etdi. İndi o, 354 a.g.-ə malikdir.

Sələfindən tanıdığımız 3-litrlik TFSI təkmilləşdirildikdən sonra 500 Nm fırlanma anına malikdir və 8-pilləli “Tiptronic” ilə birgə işləyir. O, ilk yüzlüyə 4,7 saniyəyə sürətlənir və maksimal olaraq 250 km/saat sürət yığır. Buna baxmayaraq, “Audi”-dən bildirirlər ki, avtomobil sakit hərəkət edərsə, 100 km məsafəyə orta hesabla 7,4 litr yanacaq sərf edir.

S-modelin əsas fəxri: özübloklanan mərkəzi differensialı olan tam ötürücü “quattro”. Adi rejimdə arxa təkərlərə 60 faiz güc ötürülür, lakin vəziyyətdən asılı olaraq, 2016-cı il “S4”-ü bunu 85 faizə çatdıra bilər.

AUTO.AZ



teqlər:
Audi, Audi S4 23.09.2015

Şərhlər


AD