Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Huracan damdan məhrum olub

Frankfurt avtosalonunda səhərdən “Lamborghini”-nin stendinə toplaşan insanlar yalnız onu – üstü açılan “Huracan Spyder”-ı gözləyirdilər. Budur, qarşılayın!

Bir neçə rəngdə hazırlanan yumşaq dam 17 saniyəyə yığılır (damı 50 km/saat sürətlə hərəkət edərək açıb-yığmaq olar). Onun 5,2 litrlik mühərriki 610 a.g. verir və 1542 kiloqramlıq kabrioleti ilk yüzlüyə 3,4 saniyəyə sürətləndirir (200 km/saata 10,2 saniyə vaxt sərf olunur), maksimal sürət isə 324 km/saatdır.

“Lamborghini”-dən bildirirlər ki, yanacaq sərfiyyatı orta hesabla 12,3 litrdir. Avtomobil 380 mm-lik karbon-keramik əyləc diskləri, 20-lik təkərlər və diodlu fənərlər  alıb. Həmçinin bildirilir ki, “Huracan Spyder”-in qiyməti 186 min avrodan bir qədər çox olacaq.

“Lamborghini” fanatları 2016-cı ilədək gözləməli olacaqlar.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan 22.09.2015

Şərhlər


AD