Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes-AMG GT S

Almaniyanın tüninq-emalatxanası “Brabus” hər il keçirilən Frankfurt avtosalonu üçün növbəti eksponatını hazırlayıb. Nümayiş etdirilən eksponat isə “Mercedes-AMG GT S” oldu.

Tüninq şirkəti alman avtomobilini əsaslı surətdə dəyişdi. O, “AMG GT S”-də bir sıra yeni daxili işlər gördü və onu çoxlu sayda karbon elementləri olan gözəl ban ilə təchiz etdi. “Brabus”-un son məhsulu isə dünyada məşhur sərgidə öz yerini tutacaq.

Ban dəsti maksimal aerodinamika əldə etmək üçün hazırlanıb: emalatxanada quraşdırılmış kömür-hidrogen detallar ideal hava tuneli yaradır. Dəstə yeni qabaq bamper, yan qanadlarda ventilyasiya, kandarlar və arxa diffuzor daxildir. Sözsüz, görülən işlərin bəziləri “AMG GT S”-in böyük kapotu altında aparılıb.

“Mercedes” yeni sıçratma və yandırma sistemi ilə təchiz edilib. Bundan əlavə, daha yüksək təzyiq də təmin edilib. Bunun sayəsində güc 90 a.g. artırılıb. Bütün təkmilləşdirmələrdən sonra avtomobil 591 a.g.-ə malik olub, fırlanma anı isə dəqiqədə 4800 dövrdə 750 Nm təşkil edir. Bunun sayəsində “Mercedes-AMG GT S” 100 km/saata 3,6 saniyəyə sürətlənir, maksimal sürət isə 325 km/saatdır.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes AMG GT, Brabus 19.09.2015

Şərhlər


AD