Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory-dən Lamborghini Huracan

Bu ilin əvvəllərində “Mansory” artıq “Huracan” modelini təcrübədən keçirmiş və 838 a.g.-ü əldə etmişdi. Çox güman ki, alman tüninq ustaları mühiti yoxlayırdılar və bilirdilər ki, bu, “Lamborghini”-nin tam potensialı deyil. Görünür, məhz bu fikir onları məşhur superkarı yenidən təkmilləşdirməyə vadar etdi. Nəticədə kapotu altında 1232 “at” olan əjdaha alındı.

Düzdür, böyük güc “Huracan”-ın əsas cəhəti deyil. Avtomobilin görünüşü də çox gözəldir. Sürücünün “Mansory”-nin bu versiyasından aldığı ləzzəti heç cür ifadə etmək olmaz. Göstəricilər daha çox deyə bilər: 5,2-litrlik V10 mühərriki 1232 a.g.-ə və 1000 Nm fırlanma anına malikdir. Güc yerindən sıçramaya da təsir edir. 100 km/saat sürəti “Lamborghini” 2,7 saniyəyə yığır. “Mansory”-nin maksimal sürəti 340 km/saatdır.  Ban “Huracan”-ın bu xarakterinə uyğun düzəlib. Karbon lifindən olan detallar avtomobili qabaqdan 30 mm, arxadan isə 40 mm daha enli edib. Avtomobilin çəkisinin nəzərəçarpan dərəcədə azalması ilə yanaşı, yeni komponentlər daha yaxşı aerodinamika verir və mühərriki təbii üsulla soyudur.

Daxili bəzəkdə əsasən alkantaradan və təbii dəridən istifadə edilib. Avtomobil sahibi, həmçinin alüminium pedalların və karbon lifindən olan elementlərin mövcudluğundan şad olacaq. “Mansory” bu cür güclü əjdahanı yaratsa da, “Huracan”-a əsas cəhət də əlavə etməli idi. Yəqin, buna görə də alman tünerlər orijinal qərar veriblər – mühərriki işə salma düyməsini mərkəzi konsoldan tavana çıxarıb, tavana yerləşdiriblər və bununla da kabinəni reaktiv təyyarəyə bənzədiblər.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan, Mansory 18.09.2015

Şərhlər


AD