Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Zirehli Range Rover nümayiş etdirilib

“Jaguar Land Rover” şirkətinin zavoddakı “SVO” (Special Vehicle Operations) adlı tüninq atelyesi tarixində ilk dəfə olaraq zirehli avtomobil istehsal edib. “Range Rover”-ə əvvəllər də qoruyucular quraşdırırdılar, lakin bunu başqa şirkətlər edirdi. “Range Rover Sentinel” adı almış modelin əsasında ən zəngin komplektasiyalı “Autobiography” dayanır.

Britaniyalılar xırdalığa getmədən “VR8” standartından başlayıblar – bu cür zireh həm sürücünü, həm də sərnişinləri 7,62 kalibrli güllədən, tratil gücü 15 kq olan partlayıcıdan və mərmili qumbaralardan qoruya bilir. Bunun üçün avtomobil gücləndirilmiş qapılar, alt hissəsinin və banın qoruyucusunu, yanğınsöndürən sistem, əlavə akkumulyator, deşilmə təhlükəsi olmayan şinlər, həmçinin arxa oturacaqların söykənəcəyinin arxasında yerləşən qəza çıxışı alıb.

Zavod zirehinin ən böyük üstünlüyü odur ki, mühəndislər asmanın möhkəmləndirilməsi üzərində düşünüblər, sürət qutusunu yenidən tənzimləyiblər və avtomobildə fərqli əyləc mexanizmləri quraşdırıblar. Mühərrik isə elə də güclü deyil. İngilislər 5,0-litrlik V8-in (510 a.g.) yerinə 340 a.g. verən 6-silindrli mühərrikdən istifadə ediblər.

AUTO.AZ



teqlər:
Land-Rover, Range Rover 10.09.2015

Şərhlər


AD