Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Porsche yenilənmiş 911 Carrera-nı təqdim etdi

“Porsche” özünün ən məşhur modeli olan sportkar “911 Carrera”-nı təkmilləşdirib. Restaylinq edilmiş avtomobilin həm xarici görünüşü dəyişib, həm də turbolaşdırılmış mühərrikləri daha güclü olub. Yeniliyin dünya üzrə təqdimatı sentyabrın 15-də Frankfurtda keçiriləcək motor-şouda olacaq.

Təkmilləşdirmədən sonra “911 Carrera” əvvəlki versiyadan yeni optika, qapı tutacaqları, fərqli fənərlər və vertikal plastinaları olan baqaj qapağı ilə fərqlənir. Sportkarın salonunda yeni multimediya sistemi peyda olub.

Sportkar “Porsche”-ni daha güclü mühərriklərlə təchiz ediblər. “Carrera”-nın baza variantı 370-güclü turbokompressorlu mühərrik alıb. “Carrera S” versiyası 420-güclü mühərriklə hərəkətə gətirilir. Hər iki halda mühərriklər əlavə 20 a.g. alıb. Fırlanma anı isə müvafiq olaraq 450 və 500 Nm-ə qədər artıb.

AUTO.AZ



teqlər:
Porsche, Porsche 911 09.09.2015

Şərhlər


AD