Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes S-Class kabriolet oldu

“Mercedes” şirkəti kabriolet banında olan yeni “S-Class” modifikasiyasının sirrini açdı. Alman brendinin mətbuat xidmətindən verilən məlumata görə, model cari ay Frankfurtda keçiriləcək avtosalonda təqdim ediləcək. Yenilik gələn ilin yazından Avropada satışa çıxarılacaq.

Kabriolet “S-Class” 1971-ci ildən başlayaraq “Mercedes”-in ilk üstüaçılan dördyerli avtomobili oldu. Açılan dam elə düzəldilib ki, onun dizaynı “S-Class Coupe”-ni təqlid etsin. Lakin kabrioletin arxa hissəsi daha böyük alınıb və buna səbəb yumşaq damın saxlanması üçün nəzərdə tutulan yerdir.

Yeni “S500”-ün baza versiyası 4,7-litrlik benzin tvin-turbo V8 mühərriki ilə təchiz edilib. O, 455 a.g. və 700 Nm fırlanma anına malikdir. Daha bahalı olan “S63 AMG” və “S63 AMG 4MATIC Cabrio” 5,5-litrlik benzin V8 mühərriki ilə təchiz edilirlər.

Bu mühərrik isə 585 a.g. və 900 Nm fırlanma anı verir. Belə mühərrik ilə avtomobil 100 km/saata 3,9 saniyəyə sürətlənə bilər. Kabrioletin maksimal sürəti 250 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD