Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Kia yeni Sportage nümayiş etdirib

“Kia” şirkəti yeni nəsil krossover “Sportage”-in sirrini açıb. Avtomobilin rəsmi təqdimatı sentyabr ayında Frankfurtdakı avtosalonda keçiriləcək. Bu barədə Koreya brendinin mətbuat xidməti məlumat verib. Yeniliyin Avropada satışı isə cari ilin sonlarında olacaq.

Dördüncü nəsil “Kia Sportage”-in dizaynı daha idmansayağı olub. Krossover diodlu fənərləri və böyük radiator barmaqlığı olan yeni qabaq hissə alıb. Krossover yeni platformada yığılıb.

Bu platforma bir qədər əvvəl “Hyundai Tucson”-un əsasını təşkil edirdi. “Sportage”-in mühərrik qammasına benzin və dizel qurğular daxil ediləcək. Qeyri-rəsmi məlumatlara əsasən, krossoverin kapotu altında 1,2-, 1,6- və 2,0-litrlik “T-GDI” ailəsinə məxsus güc qurğuları quraşdırılacaq. Mühərriklər 132-dən 245 a.g.-ə qədər güc verəcək.

Həmçinin yeni benzin turbomühərrikin də peyda olacağı gözlənilir. Bundan əlavə, 1,7 və 2,0-litrlik dizel mühərriklər də əldə etmək olacaq. Onlar 134 və 181 a.g. verəcəklər. Mühərriklər 6-pilləli mexaniki sürət qutusu və ya “avtomat”la birgə işləyəcək.

AUTO.AZ



teqlər:
KIA, KIA Sportage 04.09.2015

Şərhlər


AD