Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yenilənmiş Land Cruiser-i göstərdi

Lüks “Lexus LX570”-dən sonra onun kölgədə qalmış “qardaşı” – “Toyota Land Cruiser 200” - üzə çıxdı. Təkmilləşdirilmiş model Yaponiyada təqdim edilib. O, həm xarici, həm də mühərriklər qamması cəhətdən təkmilləşdirilib.

Yolsuzluq avtomobilinin baza mühərriki 4,5-litrlik turbodizel V-şəkilli “səkkizlik”dir. O, 272 a.g..-ə malikdir. Bu, mühərriki idarəetmə proqramının və yanacaq vurma sisteminin təkmilləşdirilməsi sayəsində mümkün olub.

Düzdür, fırlanma anı artmayıb, belə ki, 650 Nm onsuz da yaxşı göstəricidir. Buna baxmayaraq, mühərrik daha qənaətcil olub: istehsalçının bildirdiyinə görə, yanacağın orta sərfiyyatı 100 km məsafəyə cəmi 9,5 litrdir.

Benzinlə işləyən 4,6-litrlik V8-in gücü artmayıb (yenə də 309 a.g.), lakin o da qənaətcil olub. Yaponlar bu mühərrkin qənaətcilliyi barədə rəqəmləri hələlik sirr saxlayırlar. Mühərriklər 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyirlər.

Avtomobil 5- və ya 6-yerli olacaq. Rəng qamması isə 10 boyadır. Bundan əlavə, interyerin də işləməsində yeni rəng peyda olub: indi salonu qəhvəyi rəngdə sifariş etmək olar.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Land Cruiser 03.09.2015

Şərhlər


AD