Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW təkmilləşdirilmiş konseptin sirrini açdı

“BMW” şirkəti M4 modifikasiyasının yeni konseptinin sirrini açıb. Təkmilləşdirilmiş kupenin adına “GTS” əlavə edilib. Bu hərflər modelin gələcəkdə versiyalı ola biləcəyindən xəbər verir. Avtomobilin təqdimatı Pebbl-Biçdə keçiriləcək müsabiqədə olacaq.

Avtomobilin banı hazırlanarkən alüminiumdan və karbon lifindən istifadə edilib. Yenilik enli hava çıxıntıları, palçıq qoruyucuları, qabaq splitter, diodlu “OLED” fənərləri, həmçinin 19- və 20-düymlük təkər diskləri ilə təchiz edilib.

Avtomobilin salonunda “Recaro” idman oturacaqları və qoruyucu karkas quraşdırılıb. Kupe, həmçinin idman asılqanı, təkmilləşdirilmiş 3,0-litrlik 6-silindrli “TwinPower Turbo” mühərriki alıb.

Mühərrik su sıçratma xüsusiyyətinə də malikdir. Şirkətdən iddia edirlər ki, bu xüsusiyyət gücü və fırlanma anını artırır. Avtomobilin digər texniki göstəriciləri hələlik sirr olaraq saxlanılır.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series 27.08.2015

Şərhlər


AD