Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus yolsuzluq avtomobili LX-ı yeniləyib

“Lexus” şirkəti yolsuzluq avtomobili “LX”-ın restaylinq olunmuş versiyasını təqdim edib. Yeniliyin kütlə qarşısında təqdimatı Pebbl-Biçdə keçiriləcək incəlik müsabiqəsində olacaq.

Avtomobil restaylinq olunmuş “Toyota Land Cruiser” ilə eyni platformada yığılıb. Təkmilləşdirilmiş yolsuzluq avtomobili böyük radiator barmaqlığı, yeni optika, bamperlər, uyğunlaşdırılmış asılqan, dəyişilmiş asma və spoyler alıb.

Həmçinin “LX”-də yeni oturacaqlar, cihazlar paneli, 12,3-düymlük sensorlu displeyi olan təkmilləşdirilmiş multimedia sistemi və analoq saat peyda olub. Arxa oturacaq sərnişinləri üçün 2 ekranlı əyləncə sistemi quraşdırılıb.

Təkmilləşdirilmiş yolsuzluq avtomobili 5,7-litrlik benzin V 8 mühərriki ilə təchiz edilib. Mühərrik 383 a.g.-ə və 546 Nm fırlanma anına malikdir. O, 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir. Avtomobil tam ötürücü və yüksək müqavimətli diferensial alıb.

Təhlükəsizlik sisteminə kor zonaların monitorinqi funksiyası, parktronik, arxa görünüş kamerası, uyğunlaşdırılmış kruiz-kontrol daxildir. Sürücü üçün, həmçinin avtonom tormozlama funksiyası da quraşdırılıb.

Sistemə radar və yüksək keyfiyyətli videokamera daxildir. Avtomobil hərəkət edərkən texnologiya avtonom rejimdə yola nəzarət edir. Gözlənilməz vəziyyətlərdə isə o, özü avtomobili dayandırır.

Bu da toqquşmanın və ya piyada vurmanın qarşısını alır.

AUTO.AZ



teqlər:
Lexus, Lexus LX 15.08.2015

Şərhlər


AD