Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Brabus-dan Mercedes S500 Coupe

Elə də güclü avtomobilə ehtiyacı olmayan, lakin eksklüziv model istəyən müştərilər üçün Almaniyanın “Brabus” atelyesi təkmilləşdirilmiş “Mercedes S500 Coupe 4MATIC” təklif edib.

Almanların qiymətləndirdikləri kimi, 178780 avroya alıcı əsasən kosmetik əlavələr edilmiş möhtəşəm kupe əldə edə bilərlər. Dizayn nöqteyi-nəzərindən bu versiya bir çox cəhətlərinə görə “Brabus 850”-ə bənzəyir.

Banının tutqun qara rəngdə olması sayəsində o, həm də təcavüzkar görünüşə malikdir. Tam qara rəngli ban bütün xromlaşdırılmış dekorativ elementlərdən məhrum edilib.

O, bir qədər dəyişilmiş bamperlərə malikdir ki, bunlar avtomobilin idman xarakterini vurğulayırlar. Böyük “Brabus Monoblock” disklərini yerləşdirmək üçün zavod istehsalı olan disklərdən imtina edilib. Yeni disklərin milləri arasından biz əyləcin qırmızı supportlarını görə bilirik.

Bundan əlavə, xarici hissədə biz alman tünerinin loqotiplərini, bazada 455 a.g. və 700 Nm fırlanma anı verən 4,7 litrlik V8 mühərrikinin səsini yaxşılaşdırmaq üçün qazburaxma sistemində 4 boru görürük.

Bu mühəttik avtomobili 100 km/saata 4,6 saniyəyə sürətləndirir. Avtomobilin interyeri elə də dəyişilməyib. Belə ki, hətta baza variantında o, çox gözəl görünür.

AUTO.AZ



Şərhlər


AD