Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

SR Auto Group-dan Dodge Challenger Hellcat

Kanadanın “SR Auto Group” atelyesinin tüninq ustaları ən güclü masl kar “Dodge Challenger Hellcat” üzərində çalışaraq, bu gözəl avtomobili daha təcavüzkar edə biliblər. İdman kupesinin təkmilləşdirilməsi klassik ssenari ilə baş verib.

Nəticədə “Dodge Challenger”-in ən güclü versiyası daha alçaq və enli alınıb. Kosmetik tüninq üçün aerodinamik asma “Liberty Walk”-un hissələrindən və “PUR LG01” disklərindən istifadə edilib.

Ağ rəngli masl karı 20-düymlük disklərlə təchiz ediblər. Disklərin qızılı milləri arasından qırmızı rəngli “Brembo” əyləc supportlarını görmək olar. Enli aşağı profilli yeni təkərlər mənfi razvala malikdirlər, onların avtomobilin kənarlarından çox çıxmaması üçün isə “Liberty Walk”-un enli təkər arkaları əlavələrindən istifadə edilib.

“Dodge Challenger Hellcat”-ın asmasını maksimal aşağı salmaq üçün tünerlər “Airrex” pnevmo-dəstdən istifadə ediblər. İndi sürücü avtomobili tam aşağı salan bilər və ya ən yüksək həddə qədər qaldıra bilər.

Bu, lazımi yerlərdən keçməyə kömək edəcək. Avtomobilin digər hissələri isə demək olar ki, baza versiyası kimi qalıb.

AUTO.AZ



teqlər:
Dodge, Dodge Challenger, SR Auto Group 12.08.2015

Şərhlər