Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lightweight tüninqində yeni BMW X4

Almaniyanın “Lightweight” atelyesi gözlənilmədən yeni “BMW X4” üçün tüninq-proqram hazırlayıb. Mütəxəssislər kosmetika və texniki hissələrin üzərində işləyiblər.

Şirkət avtomobil üçün “BMW Individual” üslubunda tutqun rəng, asmada və güzgü korpuslarında karbon elementlər, karbon spoyler təklif edir.

Avtomobil qabaq hissədə 245/35, arxa hissədə isə 265/30 ölçülü “Michelin Pilot Super Sport” şinləri olan 21-düymlük disklər alıb. Avtomobilin klirensi də “Bilstein” yayları sayəsində 30 mm aşağı düşüb.

Atelyenin mütəxəssisləri X4-ü 3-litrlik turbodizel mühərrik i ilə təchiz ediblər ki, o, baza variantında 313 a.g. və 630 Nm verirdi. Təkmilləşdirmədən sonra isə “Stage 1”-də 365 a.g. və 690 Nm fırlanma anı, “Stage 2”-də isə 375 a.g. və 700 Nm verir.

Yerindən 100 km/saata sürətlənmənin nəticələri barədə məlumat verilmir, lakin məlumdur ki, ən güclü variant 280 km/saat sürət yığır.

Qiymətlər barədə də ətraflı məlumat yoxdur, lakin şirkətin ilk tüninq-nümunəsi 88000 avroya təklif edilir.

AUTO.AZ



teqlər:
BMW, BMW X4, Lightweight 11.08.2015

Şərhlər


AD