Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes C-Class yeni modifikasiya alıb

“Mercedes” şirkəti sedan “C-Class”-ın yeni modifikasiyasını təqdim edib. Yenilik “C 200 Sports Edition” adlandırılıb və Yaponiya bazarı üçün nəzərdə tutulub. Avtomobil məhdud sayda – 700 ədəd buraxılacaq. O, 2015-ci il avqustun sonlarında satışa çıxarılacaq.

Model sedan “C 200 Avantgarde”-ın standart modifikasiyasının bazasında yığılıb. Avtomobil AMG paketi ilə təchiz edilir və 18-düymlük yüngül lehimli təkər diskləri, “Airmatic” asılqan alıb. Avtomobilin banı 2 rəngdə ola bilər – “Polar White” və “Obsidian Black”. Avtomobilin salonunda yeni idman oturacaqları, pedal üzərində paslanmayan poladdan əlavələr və təkmilləşdirilmiş cihazlar paneli quraşdırılıb. Yeniliyin texniki göstəriciləri barədə hələlik məlumat yoxdur.

2015-ci ilin sentyabrında keçiriləcək Frankfurt avtosalonunda “Mercedes” kupe banında olan “C-Class” modelini təqdim edəcək. Avtomobil enli radiator barmaqlığı, böyük hava çıxıntıları, diodlu hərəkət işıqları olan fənərlər alacaq. Qeyri-rəsmi məlumatlara görə, avtomobilin uzunluğu 4690 mm olacaq. Avtomobil 2,0-litrlik benzin turbo mühərriki alacaq. Mühərrik 241 a.g. və 310 Nm fırlanma anı verəcək. Həmçinin 3,0-litrlik V6 da əldə etmək olar. Onun gücü 329 a.g. və 479 Nm fırlanma anı olacaq. Bundan əlavə, alıcı “C-Class Coupe” və dizel mühərriki olan modifikasiyalar da əldə edə bilər.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz C-Class 05.08.2015

Şərhlər


AD