Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Torado-dan Lamborghini Huracan

“Novitec Torado” şirkəti yeni superkar “Lamborghini Huracan” üçün tüninq proqramı hazırlayıb. Satışdan sonra təkmilləşdirmə üçün nəzərdə tutulmuş paket mürəkkəb alınıb. Ona texniki tüninq detalları və staylinq komponentləri daxildir.

Tünerlərin fəxri isə müxtəlif ölçülü 20-düymlük “Novitec Type NL” diskləri və paslanmayan poladdan qazburaxma sistemi olub ki, bunların sayəsində 5,2-litrlik V-şəkilli 10-silindrə malik atmosferli mühərriki olan avtomobilin səsi daha təsirli alınıb.

Xarici tüninq üçün böyüdülmüş splitteri olan fərqli qabaq bamper, yeni arxa görünüş güzgülərinin korpusları, iki yan ətək, bərkidilmiş arxa spoyler və arxa bamperdə diffuzor əldə edilə bilər.

Bütün elementlər karbon lifindən hazırlanıb və italyan superkarının aerodinamik keyfiyyətlərini yaxşılaşdırmağa imkan verir. Daxili bəzək üçün dəri və alkantaradan ibarət bir neçə variant seçmək olar.

Texniki hissəyə gəldikdə - idman katalizatoru “100 Zeller” sistemi olan yeni qazburaxma sistemi ilə yanaşı, avtomobilin asması təkmilləşdirilib, güc aqreqatında çip-tüninq edilib.

“Novitec Torado” bu avtomobilin xarakteristikası barədə konkret məlumat vermir, lakin “Lamborghini Huracan” hələ baza variantında 610 a.g. və 560 Nm verir. Bu göstəricilər sayəsində avtomobil 100 km/saatı 3,2 saniyəyə yığır, maksimal sürət isə 325 km/saatdır.

AUTO.AZ



teqlər:
Lamborghini, Lamborghini Huracan, Novitec 04.08.2015

Şərhlər


AD