Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

G-Power-dən BMW 4-Series Coupe

Alman tüneri “G-Power” məhz güclü və dəbli, eyni zamanda qənaətcil kupe həvəskarları üçün “BMW 435d xDrive Coupe”-yə ünvanlanmış növbəti tənzimləmə proqramını hazırlayıb.

Yüksək məhsuldarlı dizelin elektronikasında bir sıra manipulyasiyadan sonra o, daha güclü olub, bu da avtomobilin dinamik xarakteristikasında özünü göstərir. Dizel sport-kupesini bir qədər təkmilləşdirmək istəyənlər üçün “G-Power”in arsenalında bir sıra maraqlı təkliflər var.

Mühərrikin idarəetmə blokunun yenidən proqramlaşdırılması ilə almanlar standart 3,0-litrlik tvin-turbo “altılığ”ın gücünü 380 a.g. və 755 Nm-ə qədər artırıblar. Beləliklə, artım 67 a.g. və 125 Nm təşkil edib.

İlk yüzlüyə sürətlənmə zamanı barədə məlumat verilmir, lakin istənilən halda o, bu işi 4,7 saniyəyə görən adi modeli üstələyəcək. Lazım gəlsə tünerlər maksimal sürət məhdudlaşdırıcını ixtisar edə bilərlər. Bunun sayəsində “BMW 435d xDrive Coupe” maksimal 250 km/saat sürət yığa biləcək.

AUTO.AZ



teqlər:
BMW, BMW 4-series, G-Power 03.08.2015

Şərhlər


AD