Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bu gecə Heydər Əliyev prospektində hərəkət məhdudlaşdırılır

Heydər Əliyev prospekti əsas yolda hərəkət qısa müddətlik məhdudlaşdırılır. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ASC tərəfindən Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi işləri həyata keçirilir.

Bu gün saat 22:00-dan səhər saat 05:00-dək Heydər Əliyev prospekti əsas yolda, Heydər Əliyev Mərkəzinin qarşısından “Böyük Şor”yol qovşağınadək olan hissəsində hər iki istiqamətdə yolun hərəkət hissəsinin üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq. Bu səbəbdən göstərilən müddət ərzində prospektin sözügedən hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Sürücülər Heydər Əliyev prospektinin kənar yollarıdan istifadə etməklə hərəkətlərinə maneəsiz şəkildə davam edə biləcəklər.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş edir və müvəqqəti narahatlığa görə üzr istəyir.



31.07.2015

Şərhlər


AD