Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ferrari ən güclü kabrioletini təqdim etdi

“Ferrari” şirkəti yeni rodster “488 Spider”-in sirrini açıb. Avtomobil faktiki olaraq “488 GTB” modelinin üstüaçıq versiyasıdır. Yeniliyin debütü 2015-ci ilin sentyabrında Frankfurtda açılacaq avtosalonda keçirilməlidir. Modelin satışı bu ilin sonlarında başlayacaq. Bu barədə İtaliya brendinin mətbuat xidməti xəbər verib.

Yenilik 3,9-litrlik iki turbokompressoru olan benzin V8 mühərriklə işləyir. Mühərrik 670 a.g. və 760 Nm verir. Beləliklə, “488 Spider” brendin model sırasında üstü açılan ən güclü sportkar oldu.

Model 7-pilləli sürət qutusu alıb. “Ferrari 488 GTB” ilk yüzlüyü 3 saniyəyə, 200 km/saatı isə 8,7 saniyəyə yığır. Superkarın maksimal sürəti 330 km/saatdır.
Avtomobil 11 müxtəlif alüminium qarışığından ibarət ramalı şassidən ibarətdir.

Onun damı 14 saniyəyə açılır. Sportkarın seriyalı versiyası çox güman ki, ətraflara nəzarət edən “Side Slip Control” elektron sistemi alacaq.

O, nəinki dartmaya və “E-Diff” elektron differensiala nəzarət edir, həm də fəal amortizatorları idarə edir.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari 488 Spider 31.07.2015

Şərhlər


AD