Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lexus IS iki yeni mühərrik alıb

Yapon şirkəti rəsmi olaraq 2016-ci model ilinin “Lexus IS”-ni təqdim etdi. O, iki yeni mühərrik alacaq. Yenilik demək olar ki, ötən ilki model kimi görünür.

Lakin o, 2,0-litrlik 4-silindrli, 241 a.g. və 349 Nm fırlanma anı verən turbolaşdırılmış yeni mühərriklə təchiz ediləcək. O, gücü arxa təkərlərə verən 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyəcək.

Daha güclü variant axtaranlara isə “IS 300 AWD” modeli təklif ediləcək. Onun kapotu altında 255 a.g. və 319 Nm fırlanma anı verən 3,5-litrlik V6 mühərriki dayanır. O, tam ötürücülü 6-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

“Lexus IS 350” 306 a.g. və 375 Nm fırlanma anı verən 3,5-litrlik V6 mühərriki ilə təchiz edilir. Mühərrik 8-pilləli avtomat sürət qutusu ilə hərəkətə gəlir.

Müştərinin istəyindən asılı olaraq ötürücü arxa və ya tam ola bilər.

AUTO.AZ



teqlər:
Lexus, Lexus IS 29.07.2015

Şərhlər


AD