Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ford Mustang-ı kosmik gəmiyə çeviriblər

Məğlubiyyətsiz tüninqin növbəti misalı - əla avtomobilin əla tematika ilə uyğunlaşması. Məhz bu kompozisiya hər zaman yeri olan amerikan superkarı “Ford Mustang”-dadır.

Cəmi bir ədəd buraxılan bu model məşhur kosmik proqram “Apollon”-dan ilhamlanıb. Avtomobil artıq hərracda satılmaq üçün hazırdır. Əldə edilən gəlirin hamısı isə Eksperimental Aviasiya Assosiasiyasının inkişafına yönələcək.

Avtomobilin ağ-qara rəngdə olması “Apollon” layihəsinin tematikasının qiymətləndirilməsidir. Mövzu inkişafını avtomobilin salonunda da davam etdirir: oturacağın hər birində müvafiq loqotip təsvir edilib, cihazlar panelində olan göstəricilər kimi bütün hissələr də “uçuş”a uyğun dəyişdirilib.

Xarici dizayna da kifayət qədər diqqət ayrılıb: banın bütün detalları gözlərini sevindirir – karbon qabaq splitter və arxa diffuzordan başlamış “Forgiato”-dan 21-düymlük tökmə disklərə və demək olar ki, kosmik gəmi olan “Ford Mustang”-ın asmasının altına qədər.

Kosmosa uçan hər bir aparatın güclü mühərriki olmalıdır. Bu “Mustang”-ın yaradıcıları işlərinin nə olduğunu yaxşı başa düşürdülər. Ona görə də superkarı bütün atributlarla təchiz ediblər.

Onlar avtomobildə “Ford Performance”-da hazırlanmış 5-litrlik superçarcer “Coyote” quraşdırıblar. Onun ümumi gücü nə az, nə çox 627 a.g., fırlanma anı isə 732 Nm-dir.

Bundan əlavə kosmik super avtomobilin başqa gözəl detalları var. Bunlara “Brembo”-dan əyləclər, X-şəkilli qazburaxma sistemi və klassik idman asması daxildir.

AUTO.AZ



teqlər:
Ford, Ford Mustang 28.07.2015

Şərhlər


AD