Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Toyota yeni Fortuner-i təqdim etdi

“Toyota” şirkəti yeni yolsuzluq avtomobili “Fortuner”-i təqdim edib. Avtomobil Taylandda və Avstraliyada satışa çıxarılacaq. Modelin satışı bu ilin sonunda başlayacaq. Hələlik modelin digər bazarlara çıxarılması barədə məlumat yoxdur.

Avtomobil “Hilux” bazasında yığılıb. “Toyota Fortuner” böyük radiator barmaqlığı, oxşəkilli fənərlər, 17-düymlük təkər diskləri və böyük hava çıxıntıları ilə təchiz edilib. Avtomobilin salonu 7 yerlikdir və sensorlu böyük displeyə malikdir.

Yenilik arxa görünüş kamerasına, 7 təhlükəsizlik yastığına, parketmə qurğularına malikdir. Yeniliyi üç versiyada əldə etmək olar – “GX”, “GXL” və “Crusade”.

Yolsuzluq avtomobilini 2,8-litrlik dizel turbo mühərriklə təchiz ediblər. Mühərrik 175 a.g. və 450 Nm fırlanma anı verir. “Fortuner” 3 ton dartma gücünə malikdir.

AUTO.AZ



teqlər:
Toyota, Toyota Fortuner 24.07.2015

Şərhlər


AD