Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Infiniti Q30-un sirri təqdimatdan əvvəl açıldı

Yeni hetçbek “Infiniti Q30”-un ilk rəsmi şəkilləri internetdə yerləşdirilib. Modelin debütü 2015-ci ilin sentyabrında Frankfurt avtosalonunda keçiriləcək. Bu barədə “Caradvice” xəbər verib.

Avtomobili “Mercedes”-dən olan MFA platformasında yığacaqlar. Elə krossover “QX30” da onun bazasında hazırlanacaq. Modeli Böyük Britaniyanın Sanderlənd zavodunda yığacaqlar.

“Infiniti Q30-un Sanderlənddə istehsalı barədə qərar bizim bu müəssisədə əldə etdiyimiz yüksək keyfiyyətdən xəbər verir. Bugünkü gücünə görə, Sanderlənddəki zavod Britaniyanın avtomobil sənayesi tarixində ən böyük müəssisədir. 250 milyon funt sterlinq həcmində investisiya zavoda daha da inkişaf etməyə imkan verir və bizim bu müəssisənin gələcəyinə ciddi yanaşdığımızı sübut edir”, - deyə şirkətin icraçı vitse-prezidenti Trevor Mann bildirib.

Yenilik 4-silindrli benzin mühərriklə təqdim ediləcək. Bəzi ölkələr üçün dizel versiyası da təklif olunacaq. Avtomobilin dizaynı 2013-cü ildə Frankfurt avtosalonunda təqdim edilmiş eyniadlı konsepti təkrarlayacaq.

AUTO.AZ



teqlər:
Infiniti, Infiniti Q30 23.07.2015

Şərhlər


AD