Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Azərbaycanlı dizayner “Ford Caspi” hazırlayıb

Bu yaxınlarda bacarıqlı həmvətənimiz Samir Sadıxov “Ford Caspi” adı almış növbəti maraqlı avtomobil layihəsi təqdim edib. Samir 2014-cü ilin martında Almaniyanın Pforshaym şəhərindəki Pforshaym ali məktəbinin magistrı olub.

1877-ci ildə təsis edilmiş Pforshaym ali məktəbi (Hochschule Pforzheim) Almaniyanın ən qədim təhsil ocaqlarından biridir və beynəlxalq biznes idarəçiliyi, mühəndislik və dizayn sahələrində ixtisaslaşıb. Məktəbdə ümumilikdə 25 bakalavr və 14 magistr istiqaməti var.

“Ford Caspi” layihəsi Samirin bir ay bundan əvvəl, daha dəqiq desək, iyunun 18-də müvəffəqiyyətlə müdafiə etdiyi diplom işidir. Layihəyə “Ford Motor Company”-nin Avropa bölməsi sponsorluq edib. Layihə üzrə işlər Amerika şirkətinin Kölndə yerləşən dizayn mərkəzində aparılıb.

“Ford Caspi” “Shooting Brake” tipindən olan ikiqapılı ban alıb. Samirin fikrincə, onun dizaynı Amerikan minimalizmi ruhunda hazırlanıb. Avtomobilin qabarit uzunluğu 5125 mm, eni 2000 mm, hündürlüyü 1350 mm, təkər bazasının ölçüsü isə 2930 mm-dir.

Beşyerli avtomobil yuxarı açılaraq həm qabaq, həm də arxa oturacaqlara rahat girişi təmin edən enli qapılarla təchiz edilib. “Caspi”-nin güc qurğusu “Shelby Mustang GT500”-dən 5,0-litrlik 662 a.g. olan “səkkizlik”dir. Dizaynerin sözlərinə görə, “Caspi” iki növ hərəkət rejiminə malik olacaq.

Birincisi RS adlanır – burada sürücü özü avtomobilin idarəetməsinə cavabdehdir. İkinci rejim “pilotsuzdur”, yəni, lazım gəldikdə sürücü avtomobili avtonom idarəetmə sisteminə keçirə bilir.

Samiri diplomu müvəffəqiyyətlə müdafiə etməyi və magistr dərəcəsi alması münasibətilə təbrik edirik! Afərin Samir!

Mənbə: autograph.az



teqlər:
Ford, Ford Caspi 21.07.2015

Şərhlər


AD