Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alman tünerlərindən yeni BMW X5

Almaniyanın tüninq şirkəti “A.R.T.”-nin son işi xüsusi diqqətə layiqdir: üçüncü nəsil “BMW X5”-i heç də həmişə belə ətraflı tüninqdə görmək mümkün deyil.

“BMW”-də quraşdırılmış “xHawk5” adlı enli bana yeni qabaq bamper, spoyler, yeni radiator barmaqlığı, o cümlədən bamperə bərkidilmiş üçqat diodlu fənərlər daxildir. Bundan əlavə, dəstə enli qanadlar, qalın yan ətəklər, yeni bamper və diffuzor da əlavə edilib.

“A.R.T.” alman avtomobili üçün, həmçinin yeni 100 mm-lik xromlaşdırılmış başlıqları olan 4 qazburaxma borulu yeni sistem də hazırlayıb. Hava çıxıntıları olan dəbli kapot, habelə damda quraşdırılmış spoyler banda görülən işlərin siyahısını tamamlayır.

“A.R.T.”-nin işçiləri yeni 22-düymlük  təkərlər quraşdırıblar və ona 295/30 ölçülü R22 şinləri keçiriblər. “X5”-in təkmilləşdirilməsində son ştrixlər isə interyerin tamamilə yenilənməsinə aiddir.

“BMW”-nin bu nümunəsində alman tüninq-ustaları təbii dəridən olan alkantaradan istifadə ediblər. Onların səyləri boşa çıxmayıb.

AUTO.AZ



teqlər:
BMW, BMW X5, A.R.T. 14.07.2015

Şərhlər


AD