Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Lamborghini Aventador yeni versiya alıb

Ən güclü rodster “Lamborghini Aventador SuperVeloce”-un dizaynının sirri təqdimatdan əvvəl açıldı. Kompyuterdə hazırlanmış təsvir məşhur avtomobil fotoqrafı Cordan Şiraki tərəfindən internetdə yerləşdirildi.

“LP750-4” indeksi almış avtomobilin rəsmi təqdimatı 2015-ci ilin sentyabrında Fransfurt avtosalonunda keçiriləcək. Lakin “Lamborghini” artıq sifarişləri qəbul etməyə başlayıb. Şirkət cəmi 500 rodster istehsal etməyi planlaşdırır.

Yeniliyin dizaynı kupe “Aventador SuperVeloce”-u xatırladır. Avtomobil çəkisi 5,8 kq olan çıxarıla bilən karbon dam alıb. Rodsteri 6,5-litrlik benzin mühərriklə təchiz ediblər. O, 750 a.g. və  690 Nm fırlanma anı verir. Mühərrik 7-pilləli ISR sürət qutusu ilə birgə işləyəcək. Yenilik 100 km/saata 2,8 saniyəyə sürətlənə biləcək, maksimal sürət isə 350 km/saat olacaq.

Xatırladaq ki, “Lamborghini” şirkəti mart ayında sportkar “Aventador”-un təkmilləşdirilmiş versiyasını təqdim etmişdi. Yenilik “SV” (SuperVeloce) əlavəsi almışdı. Şirkətdən modeli “bu vaxta qədər hazırladığımız ən güclü avtomobil” kimi xarakterizə etmişdilər.

AUTO.AZ



Şərhlər


AD