Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

ABT Sportsline-dən yeni Audi Q7

Tüninq atelyesi “ABT Sportsline” yeni nəsil “Audi Q7”-ni təkmilləşdirib. Şirkətdən bildirilib ki, müəyyən təkmilləşdirmədən sonra krossover əsl “avtomobil yolları imperatoru”na çevrilib.

Avtomobil fərqli bamperlər, radiator barmaqlığı, yeni yan ətəklər, dəyişilmiş hava çıxıntıları, 4 böyük qazburaxma borusu alıb. Bundan əlavə, krossover 22-düymlük yüngüllehimli təkər diskləri, diffuzor ilə təchiz edilib.

Yeniliyin kapotu altında 3,0-litrlik benzin TFSI mühərriki quraşdırılıb. O, 333 a.g. verir. Bundan əlavə, 249 a.g. verən dizel mühərriki də əldə etmək olar. Lakin bir “ABT Sportsline” qədər sonra  “Audi Q7”-nin də mühərriklərini təkmilləşdirməyi planlaşdırır.

Yeni “Audi Q7” ötən ilin yanvar ayında Detroyt avtosalonunda təqdim edilib.  Avtomobil “Volkswagen” qrupunun MLB platformasında yığılıb.

AUTO.AZ



teqlər:
Audi, Audi Q7 10.07.2015

Şərhlər


AD