Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mansory Porsche Macan-ı daha qəzəbli edib

Ötən ay “Porsche Cayenne Turbo” və “Turbo S” üçün tüninq-paketlər istehsal edən “Mansory” bu gün təkmilləşdirilmiş “Macan”-ı təqdim etdi. Təkmilləşdirmə həm “turbo”, həm də dizel modifikasiyasına toxunub.

Belə ki, kosmetik və bir sıra görünən yeniliklərlə onlar, demək olar, fərqlənmirlər. Hər ikisi karbon asılqan, böyük diffuzor, 21- və ya 22-düymlük disklər, əlavə “LED” işıqlar, fərqli təkər arkaları və karbon spoyler alıb. Ənənəyə uyğun olaraq, interyer milyon variantda hazırlana bilər – burada “Mansory”-nin və hər bir müştərinin fantaziyası ola bilər.

Kapotun altında isə hər şey dəqiqdir. Baza variantda 400 a.g. və 550 Nm fırlanma anı verən “Macan Turbo” atelyedən sonra 464 a.g. və 650 Nm-ə malikdir. Bu, dinamikada özünü büruzə verib – ilk yüzlüyü krossover 4,5 saniyəyə yığır (adi modifikasiyada – 4,8), maksimal sürət isə 274 km/saatdır.

AUTO.AZ



teqlər:
Porsche, Porsche Macan, Mansory 09.07.2015

Şərhlər


AD