Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Ən güclü Rolls-Royce təqdim edildi

“Rolls-Royce” şirkəti kupe “Wraith”-ın xüsusi versiyasını təqdim edib. Yenilik “St. James Edition” adlanır və brendin ən güclü seriyalı avtomobili olub. Model 6,6-litrlik benzin tvin-turbo V12 mühərriki ilə təchiz edilir. Mühərrikin gücü 632 a.g. və 800 Nm fırlanma anıdır. O, 8-pilləli avtomat sürət qutusu ilə birgə işləyir.

Yeniliyin banı parlaq qırmızı rəngə boyanıb. Avtomobil, həmçinin yeni alüminium radiator barmaqlığı, xromlaşdırılmış qapı tutacaqları və 5-milli yüngüllehimli təkər diskləri alıb.

Xatırladaq ki, cari ilin sentyabrında açılacaq Frankfurt avtosalonunda “Rolls-Royce” şirkəti yeni karbiolet “Dawn”-u da təqdim edəcək. Avtomobil kupe “Wraith”-ın bazasında yığılacaq.

AUTO.AZ



teqlər:
Rolls-Royce, Rolls-Royce Wraith 08.07.2015

Şərhlər


AD