Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Hyundai yeni krossoverini təqdim etdi

“Hyundai” şirkəti Krit adasının şərəfinə “Creta” adlandırdıqları yeni qlobal krossoveri rəsmi olaraq təqdim etdi. Çində satılan yolsuzluq avtomobili “ix25”-in surəti olan model Hindistanda təqdim edilib. Avtomobil iyulun 21-də burada satışa çıxarılacaq.

Model hindlilərə 1,6 litrlik benzin, həmçinin 1,4 və 1,6 dizel mühərrikləri ilə təqdim olunacaq. Birincinin faydalı iş əmsalı 123 a.g., “ağır yanacaqla” işləyən 1,6 litrlik aqreqatın faydalı iş əmsalı 128 a.g.-dür. 1,4 mühərrikin gücü məlum deyil. Bundan əlavə, əvvəllər deyilirdi ki, “Creta” sedan “Verna”-nın mühərrik qammasını bölüşəcək. Bu 1,4 litrlik mühərrik 90 a.g. verir.

Benzinlə işləyən mühərrik altıpilləli mexaniki sürət qutusu ilə uyğunlaşdırılır, 1.6 dizel üçün isə həm də eyni pilləli avtomatik sürət qutusu təqdim olunur.

AUTO.AZ



teqlər:
Hyundai, Hyundai Creta 07.07.2015

Şərhlər


AD