Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley ən sürətli kupesini göstərdi

“Bentley” şirkəti “Breitling Jet Team” pilotaj qrupuna həsr edilmiş kupe “Continental GT”-nin xüsusi versiyasını təqdim edib. Yenilik “Mulliner”-lə birgə hazırlanıb.  Modeldən cəmi yeddi ədəd buraxılacağı planlaşdırılıb. Yeniliyin açaqları sahiblərinə iyulun 31-i Sietl aviaşousunda təqdim olunacaq.

Avtomobil sarı elementləri olan yeni ban rənglərini alıb. Yeniliyin salonunda da eyni rəng qammasından istifadə olunur. Bundan başqa, model sıra nomrəli xüsusi lövhəciklər və başaltılarda xüsusi nişanlar əldə edib.

Şirkətdə “Continental GT”-nin xüsusi versiyasının ən sürətli “Bentley” avtomobili olduğunu qeyd ediblər. Yeniliyin kapotunun altında 6,0 litrlik benzin W12 tvin-turbo mühərriki quraşdırılır. Mühərrikin gücü 626 a.g. və 819 Nm fırlanma anı təşkil edir. Maksimal sürət – 331 km/saatdır.

Xatırladaq ki, “Bentley” şirkəti yeni nəsil idman kupesi “Continental GT”-nin satışlarına 2017-ci ildə başlamağı planlaşdırır.

AUTO.AZ



teqlər:
Bentley, Bentley Continental GT 03.07.2015

Şərhlər


AD