Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni nəsil Audi A4-ün sirri açıldı

“Audi” B9 nəsil “A4” hazırladı. Yeni “dördlük” böyük və geniş oldu. Bununla belə, avtomobil 120 kq yüngülləşdi və yeni mühərrik qamması əldə etdi.

Bəli, yeni dördqapılı və universal daha çox restaylinq olunmuş B8-ə oxşayır, lakin, qabaritlərinə görə ondan xeyli fərqlənir – müvafiq olaraq, +25 və 16 mm uzunluq və en.

Təkər bazası da artıb 2,82 m (+12mm) təşkil edir. Böyümüş sahəyə gəldikdə isə, aşağıda əlavə 23 mm-dən başqa, universalın 505 litrlik yük yerini və ümumi 1510 kq-lıq həcmini qeyd etmək lazımdır.

“A4 B9” ailəsinin mühərrik qammasına 1,4 və 2,0 litrlik TFSI (müvafiq olaraq 150 və 190-252 a.g.), iki və ya üçü litrlik 150, 190, 218 və 272 a.g. verən dizellər (top versiyası 600 Nm-dək sıxır), həmçinin 170 a.g. və 270 Nm fırlanma anı verən ikilitrlik qaz mühərriki daxil olacaq.

Bütün aqreqatlar üçün 7-pilləli S tronic (ən güclü dizeldən başqa – bura 8 diapazonlu sürət qutusu nəzərdə tutulub) əlverişli olacaq.

Yeniliyin satışları payızda başlayacaq.

AUTO.AZ



teqlər:
Audi, Audi A4 02.07.2015

Şərhlər


AD