Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Chevrolet yeni Cruze təqdim etdi

Bir sıra tizerlər və casus materiallarını (yüksək keyfiyyətə baxmayaraq) unudun – “Chevrolet” rəsmən yeni nəsil “Cruze”-u təqdim etdi. Gözəlləşmiş, təmtəraqlı və daha da mükəmməlləşdirilmiş.

Başa düşdüyümüz kimi, redizayn ölçüsü ilə heyrətləndirir – “Kruz” demək olar ki, hərtərəfli dəyişib (salon da daxil olmaqla). Məsələn, avtomobil 68 mm daha uzun olub. Təkər bazası 2700 mm-ə çatıb.

Bununla belə, yenilik sələfindən 113 kq yüngül, ban isə 27% daha sərt olub. Daxildə 1,4 litrlik turbo mühərrik yerləşir. Mühərrikin faydalı iş əmsalı 154 a.g. və 240 Nm fırlanma anı təşkil edir. O 6-pilləli mexanika və ya avtomatla birgə işləyir və “Kruz”-a 8 saniyəyə sürət yığmanı təmin edir. Avtomobil 100 km gedişə cəmi 5,8 litr yanacaq sərf edə bilir.

Əvvəl də yazdığımız kimi, “nyu- Cruze” eyni zamanda Android Auto və CarPlay daxil olan mükəmməlləşdirilmiş multimediya sistemi əldə edib. Bunlar 8 düymlük displeydə yerləşir və əlavə məbləğə təqdim olunacaq.

Bazada isə daha sadə sistemli 7 düymlük taçskrin təqdim olunacaq. Bununla belə, cihaz panelində 4,2 düymlük daha bir displey yerləşir. Həmçinin qeyd edək ki, burada 10 təhlükəsizlik yastığı, arxa görünüş kamerası və müasir təhlükəsizlik sistemi dəsti var.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Cruze 01.07.2015

Şərhlər


AD