Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes ən güclü hetçbek göstərdi

“Mercedes” şirkəti yenilənmiş hetçbek “A-Class”-ı təqdim etdi. Dilerlər ilk avtomobilləri 2015-ci ilin sentyabr ayının sonunda əldə edəcək.

Yeniliyin baza versiyası 1,6 litrlik benzin mühərriki əldə etdi. Mühərrikin gücü 102 a.g. və 180 Nm fırlanma anı təşkil edir. 109 a.g. və 260 Nm fırlanma anı verən 1,5 litrlik dizel aqreqatı ən qənaətli oldu.

100 km yola orta yanacaq sərfi 3,5 litr təşkil edir. Şirkətin mühəndisləri həmçinin 2,1 litrlik dizel mühərrikinin gücünü artırıb 177 a.g.-nə çatdırdılar. “A250 Sport” modifikasiyasının 2,0 litrlik benzin turbomühərrikinin faydalı iş əmsalı 218 a.g.-dək artdı.

Hetçbekin “A45 AMG” adlı “yüklənmiş” versiyası yeni flaqman modeli oldu. Avtomobil 2,0 litrlik benzin turbomühərriki ilə təchiz olunur. Mühərrikin faydalı iş əmsalı 381 a.g. və 475 Nm fırlanma anı təşkil edir.

Avtomobil 100 km/saata 4,2 saniyəyə sürət yığır. Beləliklə, “A45 AMG” dünyada ən güclü seriya hetçbeki titulunu “Audi RS3 Sportback”-dən aldı. 100 km yola orta yanacaq sərfi 6,9 litr təşkil edir.

“Yüklənmiş” modifikasiya həmçinin AMG Dynamic Plus paketi ilə təchiz oluna bilər. Bura qabaq oxda differensialın mexaniki bloklanması və AMG Ride Control idman asılqanı daxildir.

Avtomobil həmçinin bir neçə kölənmə paketi əldə etdi: Comfort, Sport və Sport.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz A-Class 30.06.2015

Şərhlər


AD