Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Alfa Romeo yeni sedan təqdim etdi

“Alfa Romeo” şirkəti yeni sedan “Giulia”-nın sirrini açdı. İlkin məlumatlara görə, yeniliyin qiyməti 60 min avrodan başlayacaq. Modelin satışı 2016-cı ilin yazından başlanmalıdır. Avtomobilin əsas rəqibləri “Mercedes-Benz C-Class”, “BMW 3-Series”, “Audi A4”, “Infiniti Q50” və “Cadillac ATS” olacaq.

Milanda keçirilən xüsusi tədbirdə “Alfa Romeo” “Quadrifoglio” adlı avtomobilin modifikasiyasını təqdim etdi. Model aqressiv qabaq bamper, ventilyasiya olunan kapot, unikal təkər diskləri, tökmə disklər, dörd borulu qazçıxarma sistemi, spoyler və diffuzor əldə edib. Modeli arxa və tam ötürücülü versiyalarda əldə etmək mümkün olacaq.

Şirkətin model sırasında yeni sedan “159” adlı avtomobilin varisi olacaq. Avtomobil tamamilə yeni platformada düzəldilib. “Giulia”-nın yaranmasında alüminium və karbondan istifadə olunub. Bunun sayəsində yeniliyin çəkisi təqribən 1500 kiloqram təşkil edir. Çəkinin oxlar üzrə paylaşdırılması – 50:50 nisbətindədir.

“Quadrifoglio” modifikasiyası “Ferrari” şirkətinin 3,0-litrlik tvin turbo benzin mühəriki ilə təchiz olunur. Gələcəkdə bu mühərrik, həmçinin sportkar “Dino”-ya da quraşdırılacaq. Aqreqatın gücü 510 a.g. təşkil edir. Belə avtomobil 100 km/saata 3,9 saniyəyə sürətlənir. “Giulia”-nın daha hansı mühərriklər alacağı hələlik məlum deyil.

AUTO.AZ



teqlər:
Alfa Romeo, Alfa Romeo Giulia 27.06.2015

Şərhlər


AD