Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Aston Martin DB9-u daha sürətli etdi

“Aston” “DB9” ailəsini yeni versiya ilə tamamlayıb. Bu, həm ikiqapılı, həm də açıq Volante variantda hazırlanmış “DB9 GT”-dir. Adındakı bu gözəl hərflər əlavə 30 güc və xüsusi kosmetika deməkdir.

Artıq altılitrlik V12 atmosferliyi burada 547 a.g. və 620 Nm fırlanma anı verir. Düzdür, təcrübədə bu, o qədərdə mühüm rol oynamadı – arxa ötürücü və 6-pilləli avtomatı saxlayan yeniliklər onun ilk yüzə sürətlənmə zamanını cəmi 0,1 saniyə tezləşdirdilər. Maksimal sürət isə 290 km/saatı ötür.

Xatırladaq ki, “Aston Martin”-də gücün artırılması ilə kifayətlənməyiblər. Həmçinin asmadakı aero əlavələrə, idarəedici elektronikası olan kupeyə yenidən yüklənmiş asılqana, yeni 20 düymlük disklərə, o cümlədən “One-77” üslubunda olan sükana və salonun tərtibatı üçün digər xüsusiyyətlərə diqqət yetirək.

Qiymət hələ ki, məlum deyil – lakin, əmin ola bilərsiniz ki, standart “DB9 GT”-dən çox baha olacaq. Yeri gəlmişkən, yəqin ki, bu xüsusi seriya ailə üçün sonunculardan biri ola bilər.

Daha əvvəl yazdığımız kimi, “Aston”-da “DB9”-un varisi üzərində çalışırlar. “DB11” adlanacaq yeniliyin buraxılışı bir-iki ilə planlaşdırılır.

AUTO.AZ



teqlər:
Aston Martin, Aston Martin DB9 26.06.2015

Şərhlər


AD