Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Novitec Rosso-dan Ferrari California T

Alman atelyesi “Novitec Rosso” superkar “Ferrari California T”-nin  növbəti tamamlama proqramını - “N-Largo” –nu təqdim edib. Tüninqdən sonra modelin mühərrikinin faydalı iş əmsalı 108 a.g. artıb, yerindən  “yüzə” sürətlənmə zamanı isə 0,4 saniyəyə qədər azalıb.

Superkar avtomobilin enini qabaqdan 60 mm, arxadan isə 110 mm artıran banın yeni karbon asmasını, salonun dəri və alkantara ilə xüsusi bəzəyini, həmçinin  “Pirelli P Zero” şinlərinə bürünmüş qabaqdan və arxadan 21-22 düymlük qara-qırmızı təkər diskləri əldə edib.

Bundan başqa, bu cür “Kaliforniya” fərqli buraxılış sistemi, karbon-keramik əyləc mexanizmləri, 35 mm aşağı salınmış asılqan və salonda düyməni basdıqda gedişi yüngülləşdirmək üçün avtomobilin “burnunu” 40 mm qaldıran hidravlik sistemə malikdir.

AUTO.AZ



teqlər:
Ferrari, Ferrari California, Novitec Rosso 25.06.2015

Şərhlər


AD