Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Yeni Chevrolet Camaro-nun sirri açıldı

İnternetdə altıncı nəsil kabriolet “Chevrolet Camaro”-nun xarici görünüşünü təsvir edən ilk şəkillər meydana gəldi. Şəkillər “Chevrolet”-in rəsmi amerikan saytında peyda olub və sonra istehsalçı tərəfindən silinib. Buna baxmayaraq, camaro6.com forumunun istifadəçiləri bu təsvirləri yaddaşda saxlaya biliblər.

Yeni “Chevrolet Camaro”-nun rəsmi debütü 2015-ci il iyunun 24-də keçiriləcək. Bir müddət əvvəl istehsalçı avtomobilin təqdimatının yaxın vaxtlarda keçiriləcəyinə işarə edən videotizer dərc etmişdi. İlkin məlumata görə, yeni kabriolet kupedə istifadə olunan güc qurğularını əldə edəcək. Söhbət 275 a.g. verən “turbodördlük”, 335 a.g. verən 3,6 litrlik V6 və 455 a.g. verən 6,2 litrlik V8-dən gedir. Transmissiya altıpilləli mexaniki və ya səkkizpilləli “avtomat” Hydra-Matic-dir.

“Camaro”-nun başqa xüsusiyyətləri sırasında banda “Chevrolet Camaro SS” modifikasiyalı adaptiv asılqan, “Brembo” əyləcləri, diodlu qabaq optika, elektrik dayanacaq əyləci, o cümlədən mühərrikin və sürət qutusunun əvvəlcədən quraşdırılmış – “Snow-Ice”, “Tour”, “Sport” və “Track” – köklənməsini qeyd etnək olar. Son köklənmə yalnız “Chevrolet Camaro SS” üçün nəzərdə tutulub.

AUTO.AZ



teqlər:
Chevrolet, Chevrolet Camaro 24.06.2015

Şərhlər


AD