Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes G500 4x4 seriyalı versiya alacaq

Cenevrə avtosalonunda təqdim edilmiş “Mercedes G500 4x4²” konseptual yolsuzluq avtomobili seriyalı versiya alacaq. Avtomobilin satışı cari ilin sentyabr ayında başlayacaq və qiyməti Avropada 226100 avrodan start götürəcək.

Çətin yollarda hərəkət üçün nəzərdə tutulmuş “Mercedes-Benz G500 4x4²” ötən il təqdim edilmiş  altıtəkərli “G 63 AMG 6x6”-nın ən layiqli alternatividir. Faktiki olaraq, bu, adi dördtəkərli “Qelendvaqen”dir. lakin tam ötürücüyə malikdir. Yeniliyin yer səthi ilə arasında olan məsafə 45 sm-dir.

5,5-litrlik 544 a.g. verən V8 mühərrikinin əvəzinə, “G500 4x4²”-də 422-güclü “səkkizlik” və 7-pilləli avtomat sürət qutusu quraşdırılıb. Avtomobilin dinamik xarakteristikası barədə hələlik məlumat yoxdur.

Qeyri-rəsmi məlumatlara görə, yolsuzluq avtomobilinin maksimal sürəti 200 km/saatı ötür. Xatırladaq ki, “Mercedes” şirkəti 2017-ci ilin “G-Class”-ını yeniləməyi planlaşdırır.

Çox güman ki, avtomobil 100 mm enli olacaq, həmçinin 3- və ya 4-rıçaqlı asılqan alacaq.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz G-Class 23.06.2015

Şərhlər


AD