Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Bentley ən bahalı sedan hazırladı

“Bentley” şirkəti sedan “Flying Spur”-un yeni versiyasını hazırlayıb. Avtomobilin ən möhtəşəm modifikasiyası “Beluga” adlanır və artıq sifariş edilə bilər. Onun çatdırılması isə 2015-ci ilin payızında başlamalıdır.

Yeniliyin dizaynı daha idmansayağı olub. Model parlaq qara rəngdə radiator barmaqlığı, 20-düymlük yeni təkər diskləri və fərqli havaçıxıntıları alıb. “Beluga”-nın salonunda yeni oturacaqlar, idman sükanı, fərqli multimediya sistemi və Wi-Fi quraşdırılır.

Sedan 4,0-litrlik benzin tvin-turbo V8 mühərriki ilə təchiz edilir. O, 507 a.g.-ə malikdir, 100 km/saat sürəti 5,2 saniyəyə yığır, maksimal sürəti isə 295 km/saatdır.

AUTO.AZ



Şərhlər


AD