Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Mercedes GLC rəsmən təqdim olundu

Tizerlər və casus şəkillərini bir kənara atırıq – “Mersedes” yeni model sırasında GLK-nı əvəz edəcək yeni “kross GLC”-in sirrini rəsmən açdı.

Əslində bu tamamilə başqa görünüşdə olan böyümüş (+ 118 mm təkər bazası), lakin bir qədər yüngül krossoverdir (- 80 kq – alüminium və yüksək davamlı poladın qarışığı sayəsində). Bu böyüdülmüş GLA və yaxud mini- GLE-dir.

Daxilində seçim üçün dörd modifikasiya olacaq. Bunlar dizel GLC 220 və müvafiq olaraq 170 (400 Nm) və 204 (500 Nm) güclü 250, həmçinin 211 a.g. və 350 Nm fırlanma anı verən benzinlə işləyən variantlardır.

Siyahının başında yuxarıda adı çəkilən benzin kiçik mühərriki və 116 a.g. verən elektrik mühərriki olan “GLC 350” hibrid versiyası durur. Belə kross ilk yüzü 5,9 saniyəyə yığır və yalnız elektrik dartı qüvvəsi ilə 34 km gedə bilər (yeri gəlmişkən plagin-hibriddir, yəni şəbəkədən yüklənmə imkanı var).

Bütün versiyalar “firmatik” tam ötürücü əldə edəcək. Eyni zamanda yenilik ABŞ-na demək olar ki, 250 a.g. verən turbolaşdırılmış dördlüklə gedəcək.

AUTO.AZ



teqlər:
Mercedes-Benz, Mercedes-Benz GLC Coupe 20.06.2015

Şərhlər


AD