Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

Jaguar yenilənmiş XJ təqdim etdi

“Jaguar” şirkəti sedan “XJ”-in yenilənmiş versiyasını təqdim edib. Yeniliyin satışı 2015-ci ilin payızında başlayacaq. Avtomobil dəyişilmiş radiator barmaqlığı, fərqli hava çıxıntıları və yeni diodlu optika alıb.

“Autobiography” adlı restaylinq olunmuş sedanın top modifikasiyası 20-düymlük yüngüllehimli “Maroa” təkər diskləri, massaj funksiyası olan dəri oturacaqlar və arxa oturacaq sərnişinləri üçün 10,2-düymlük yığılan displey alıb.

Sedanın idman versiyası “R-Sport” adlandırılıb. Bu modifikasiya arxa spoyler, idman oturacaqları və splitterlə təchiz edilib. Yeniliyin mühərrik qammasına 3,0-litrlik V6 dizel mühərriki daxildir. Mühərrik 300 a.g.-ə malikdir.

Avtomobilin mühərrik qammasına, həmçinin eyni həcmli 340-güclü benzin aqreqat da daxil edilib. Bundan əlavə, yenilənmiş “XJ”-i 510 və 550 a.g. verən 5,0-litrlik benzin mühərriklə də əldə etmək olar.

AUTO.AZ



teqlər:
Jaguar, Jaguar XJ 18.06.2015

Şərhlər


AD