Azərbaycanca
Русский
Elan yerləşdirmək

Avtomobil axtarışı

Buraxılış ili
Qiymət
RSS

BMW yeni 7-ci seriya təqdim etdi

Bavariya şirkəti çoxlu sayda müasir texnologiyaları olan, yüksək səviyyəli rahatlığa malik yeni flaqman modeli “BMW 7-Series”-i təqdim etdi.

Yenilənmiş dizayna baxmayaraq, yenilik tanış radiator barmaqlığı olan tanış qabaq bamperə, standart diodlu fənərlərə və opsional olaraq “LaserLight” fənərlərinə malikdir.

Möhtəşəm sedan diodlu duman əleyhinə fənərlər, o cümlədən çoxlu sayda xrom elementlər alıb. Eksteryerin digər xüsusiyyətləri sırasında L-şəkilli arxa fənərləri, 17-dən 21-düymə qədər təkərləri də qeyd etmək olar.

Əvvəl də olduğu kimi, “BMW” alıcılaraq adi və uzadılmış versiya təklif edəcək. İkinci model 14 cm daha uzundur və daha geniş salona malikdir. Sonuncu barədə danışdıqda, almanlar salonda gözəl dəri, ağac və alüminium işləmələri də təklif edəcəklər.

Nəhayət mühərriklər barədə danışaq. Qammanı 6-silindrli 3-litrlik 265-güclü (yüzlüyə qədər 5,8 saniyə) dizel və 326 a.g. olan (yüzlüyə qədər 5,5 saniyə) bezin mühərriklər açır.

Sonra 4,4-litrlik 450-güclü, 100 km/saatı 4,4 saniyəyə yığan V8 gəlir, daha sonra isə 2-litrlik “dördlüyü” və elektrik mühərriki olan hibrid versiya.

Bu qurğu 326 a.g. verir, yerindən 100 km/saata sıçrama 5,5 saniyədir, elektrik mühərriki ilə 40 km məsafə qət edir. Yanacağın orta sərviyyatı 100 km-ə 2,1 litrdir.

AUTO.AZ



teqlər:
BMW, BMW 7-series 16.06.2015

Şərhlər


AD